Taxtakörpüdə həyətyanı sahələrə dolmuş yağış suları təmizlənib
1 İyun 2021 15:50 SosialBir neçə gün davam etmiş qeyri-sabit hava şəraiti və aramsız yağmış yağış səbəbindən Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində fərdi yaşayış evlərinin həyətyanı sahələrinə yağış sularının dolması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə müraciət daxil olub. Nazirlikdən "Olaylar"a bildirilib ki, müraciət əsasında Nazirliyin Qarabağ Regional Mərkəzinin və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri əraziyə cəlb olunub. Görülmüş tədbirlər nəticəsində həyətyanı sahələrə dolmuş yağış sularının çəkilərək kənarlaşdırılması təmin edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31