Bakıda daha bir marşrut xəttində ödəniş “BakıKart”la olacaq

Sabahdan Bakıdakı 144 nömrəli marşrut xətti (Buzovna qəsəbəsi - Mərdəkan qəsəbəsi) üzrə hərəkət edən avtobuslarda gediş haqqı "BakıKart"la ödəniləcək.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən Sfera.az-a məlumat verilib.

Sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə Xəzər rayonu, Mərdəkan və Buzovna qəsəbələri üzrə aşağıda qeyd olunan ünvanlardakı "OBA" marketlərdə "BakıKart" balansının artırılması üçün POS terminallar quraşdırılıb.

Sergey Yesenin döngə 2;
Baba Əliyev 244;
Yesenin 62;
Mərdəkan 152;
Qılman İlkin küçəsi;
Zuğulba - Həydər Eyvazov küçəsi 1A;
Buzovna qəs - Şüvəlan yolu;
Mustafa Sübhi 2;
Rasim İmanov 24.

Bu, son bir ayda "BakıKart"a inteqrasiya edilən 12-ci marşrut xəttidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31