Hacı Səid Ünsizadənin məzarında xatirə lövhəsinin açılışı olub

Hacı Səid Ünsizadənin məzarında xatirə lövhəsinin açılışı olub

Mayın 26 da İstanbulda Fatih məscidinin həzirəsində yerləşən görkəmli ədib , mütəfəkkir, ziyalı və Azərbaycan mətbuatının banilərindən biri olan Hacı Səid Ünsizadənin məzarında xatirə lövhəsinin açılışı olub. Xatirə lövhəsi Azərbaycan İstanbul Baş Konsulluğununn yaxından iştirakı və çalışmalari nəticəsində açılıb . Açılışda Azərbaycan İstanbul Baş Konsulu Nərminə Mustafayeva elm.incəsənət xadimləri İstanbulda yaşayan həmvətənlərimz iştirak ediblər.Hacı Səid Ünsizadənin  Azərbaycan mətbuaının inkişafında müstəsna xidmətləri olmuşdu . O Əkinçi qəzetindən sonra Ana Dilimizdə dərc edilən ikinci Ziya ül Qafaqasiyyə qəzetini çıxarmiş ədəbiyyatımızın və milli fikirimizin meydana qəlməsində öndərlik edən şəxslərdən birisi kimi tanınmışdır. Hacı Səid Ünsizadə Çar rejiminin ağır  təqib. və təzyiqləri nəticəsində İstanbula mühacirət etmiş və burada vəfat etmişdir.

Mehdi SƏLİMOV

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31