Fəzail Ağamalı: “Şuşada hərbçilərimizin şərəfinə abidə ucaldılmalıdır”

“Şuşa Azərbaycanın həm siyasi, həm hərbi, həm də mədəniyyət tarixində çox mühüm rol oynayır”.

"Şuşa Azərbaycanın həm siyasi, həm hərbi, həm də mədəniyyət tarixində çox mühüm rol oynayır". "Olaylar" xəbə verir ki, bunu Milli Məclisin iclasında deputat Fəzail Ağamalı deyib. Deputat bildirib ki, Şuşa XVIII əsrdən başlayaraq Azərbaycanın mədəniyyət paytaxtı kimi fəaliyyət göstərib: "Təklif edirəm ki, Şuşa şəhərində Dövlət Mədəniyyət və İncəsənət Universiteti təsis edilsin. Bu məsələ "Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında" qanun layihəsinin 3-cü maddəsində də əksini tapsın. Həmçinin Şuşanın ən görkəmli yerində Azərbaycanın qəhrəman hərbçilərinin şərəfinə abidə kompleksi də ucaldılmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31