Əsir götürülən erməni hərbçilərin FOTOLARI
27 May 2021 10:50 SosialMayın 27-si gecə saatlarında Kəlbəcər rayonu Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində təxribat törətməyə çalışarkən Azərbaycan Ordusu tərəfindən əsir götürülən altı erməni hərbçinin fotoları yayılıb.
Olaylar.az xəbər verir ki, həmin görüntülər sosial şəbəkədə paylaşılıb.
Qeyd edək ki, Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, düşmən Azərbaycan Ordusunun sərhəddə yerləşən mövqelərinə aparan təminat yolunda minalama fəaliyyəti həyata keçirərkən dərhal görülən əməliyyat tədbirləri nəticəsində qarşı tərəfin 6 hərbi qulluqçusu mühasirəyə alınaraq zərərsizləşdirilib və əsir götürülüb.
Həmin fotoları təqdim edirik:
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31


