Sabahın hava necə olacaq?

Sabah havanın yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətininverdiyi məlumata görə sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

Cənub küləyi əsəcək, havanın temperaturugecə 15-19 isti, gündüz 28-33 isti, Bakıda gecə 17-19 isti, gündüz 29-31 dərəcə isti olacaq. Atmosfer təzyiqi758 mm civə sütunundan 754 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-70 %, gündüz 40-45 % olacaq.

Mayın 22-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi,lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağıgözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə15-20isti, gündüz31-36 isti, dağlarda gecə 10-15 isti, gündüz21-26 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, sabah Abşeron yarımadasında sabit hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31