Qənirə Paşayeva şəhid ailələri ilə görüşüb

MM-nın Mədəniyyət komitəsinin sədri Q. Paşayeva Tovuzun Düz Qırıqlı, Bayramlı, Qonaqlı və Almalıtala kəndlərindən olan şəhid ailələri ilə görüşüb

Milli Məclisin üzvü, Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Ramazan bayramında Tovuz rayonununda bir qrup şəhid ailəsi ilə görüşüb.

Görüşdə

Almalıtala kənd sakini -

"Vətən uğrunda" medalı ilə təltif edilmiş şəhid Cavid Şaban oğlu Əliyev (10.05.1996, Almalıtala, Tovuz - 09.11.2020, Şuşa),

Qonaqlı kənd sakini -

şəhid kiçik çavuş Mustafa Ələddin oğlu Hüseynov (01.10.1996, Qonaqlı, Tovuz - 27.09.2020, Kəlbəcər),

Bayramlı kənd sakini -

"Qarabağ" ordeni, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilmiş şəhid baş gizir Mehman Musa oğlu Yusifov (18.07.1979, Tovuz - 05.10.2020, Cəbrayıl),

Düz Qırıqlı kənd sakinləri -

"Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmiş şəhid əsgər Sahil Vüqar oğlu Salmanov (11.03.2002, Düz Qırıqlı, Tovuz - 20.10.2020, Füzuli),

"Vətən uğrunda" medalı ilə təltif edilmiş şəhid əsgər Asim Nuru oğlu Əliyevin (07.09.1999, Düz Qırıqlı, Tovuz - 25.10.2020, Füzuli) ailə üzvləri iştirak edib.

Şəhid ailəsi üzvlərini dinləyən Q.Paşayeva, fədakar Vətən oğullarının həyat və döyüş yolu ilə yaxından maraqlanıb, ailələrin qayğılarını öyrənib, öz ürək sözlərini bölüşüb, onları Ramazan bayramı münasibəti ilə təbrik edib:

"Əziz şəhid ailələri,

Siz Vətən uğrunda şəhid olmuş hərbçilərimizin doğmaları, ailə üzvlərisiz.

Canını Vətən uğrunda qurban vermiş əziz şəhidlərimizlə hər zaman qürur duyacağıq.

Şəhidlərimizin əziz ruhu qarşısında ehtiramla baş əyirik!

Sizlərə - şəhidlərimizin ailə üzvlərinə minnətdarıq!

Vətən Müharibəsindəki tarixi zəfərimizin sevinc və qürurunu daha çox Siz şəhid ailəsi üzvləri haqq edirsiz.

Müqəddəs Ramazan bayramınız mübarək olsun"!

Komitə sədrinin şəhid ailələri ilə görüşündə Tovuz rayon İcra hakimiyyəti Başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Təranə Bayramova, "Nəfəs" İctimai Birliyinin sədri Firəngiz Balakişiyeva iştirak edib. Şəhid ailələrinə Komitə və "Nəfəs" İB adından yazılmış məktublar, eləcə də Qarabağ motivli xatirə hədiyyələri təqdim edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31