Deputat məhkəmələrlə bağlı islahatları dərinləşdirməyə çağırdı
21 May 2021 12:10 Sosial"Məhkəmə-hüquq sahəsində böyük işlər görülüb, amma bu proses dərinləşdirilməlidir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Qüdrət Həsənquliyev deyib. O qeyd edib ki, hakimlər qanunu tətbiq edən şəxslər kimi boşluqları daha yaxşı görürlər: "Ona görə onlar bu məsələdə təşəbbüslə çıxış etməlidirlər. Hakimlər töhfə verməlidirlər ki, ölkədə qanunvericilik təkmilləşdirilsin".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31