Ali Məhkəməyə yeni hakimlər təyin edilib
21 May 2021 12:04 SosialMilli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında" məsələ müzakirəyə çıxarılıb. "Olaylar" ın xəbərinə görə, sənəd parlamentə Azərbaycan Prezidentinin imzası ilə daxil olub. Sənədə əsasən, aşağıdakı şəxslərin Ali Məhkəmənin hakimi vəzifəsinə namizədliyi irəli sürülüb:
1. Dadaşov İlqar Ağababaş oğlu
2. Əhmədov Əhməd Abbas oğlu
3. Əliyev Ələsgər Əliabbas oğlu
4. Kərimov Fərhad Abdulkərim oğlu
5. Mövsümov Nazim Rasim oğlu
6. Nağıyev İman Məhəmməd oğlu
7. Rəcəbov İlkin Əbülfəz oğlu
8. Kərimov Səyyad Əli oğlu
Məsələ müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31