AzTU-nun rektoru Türkiyənin Azərbaycandakı yeni səfiri ilə görüşüb
21 May 2021 11:24 SosialAzərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Türkiyənin Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı ilə görüşüb.
"OLAYLAR"-a təhsil ocağından bildirilib ki, Türkiyənin ölkəmizdəki səfirliyində keçirilən görüşdə rektor Vilayət Vəliyev universitetdə müasir innovasiyalara uyğun həyata keçirilən islahatlar barədə səfirə məlumat verib. Rektor 2020-ci ildə Türkiyənin bir sıra aparıcı ali təhsil müəssisələrinə etdiyi səfər, orada təşkil olunan görüşlər və həyata keçirilən birgə layihələri səfirin diqqətinə çatdırıb.
Qeyd olunub ki, hazırda AzTU-da tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində Türkiyə universitetlərinin təcrübəsindən geniş istifadə olunur. Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı iki ölkənin texniki universitetləri arasında əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirib.