Gömrükçülər 244 kiloqramdan artıq narkotik aşkar ediblər.
Bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib. O, bunu gömrük orqanlarının daha bir uğurlu əməliyyatı kimi qiymətləndirib:
"Əməliyyatçılarımızın yüksək peşəkarlığı nəticəsində ölkəmizin cənub sərhədində - Astara gömrük postunda 244 kiloqramdan artıq narkotik vasitə - heroin aşkar edilib".