Samirə Əfəndinin “Eurovision-2021”də möhtəşəm performansı - VİDEO

 

Ötən gün Niderlandın Rotterdam şəhərində 65-ci Avroviziya Mahnı müsabiqəsinin ilk yarımfinalı keçirilib.

Ölkəmizi təmsil edən müğənni Samirə Əfəndi "Mata Hari" mahnısı ilə bu mərhələdə 14-cü çıxış edib. 

İfaçımız Avroviziya-2021 səhnəsini 15 ölkədən olan təmsilçilərlə bölüşüb. Samirə Əfəndi ifası ilə final mərhələsinə adını yazdıra bilib. 

Qeyd edək ki, müsabiqənin ikinci yarımfinalı mayın 20-də, final yarışması isə mayın 22-də keçiriləcək.

 

 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31