Bakıda intihara cəhdin qarşısı alındı

Fövqəladə Hallar Nazirliyinin (FHN ) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Suraxanı rayonu ərazisində 1 nəfərin intihar məqsədilə özünü dənizə atması barədə məlumat daxil olub.

Nazirlikdən verilən məlumata görə, dərhal hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaş sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31