Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Romada Nizami Gəncəvinin abidəsini  ziyarət edib

Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Romada Nizami Gəncəvinin abidəsini  ziyarət edib

Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə İtaliyada rəsmi səfərdə olan Azərbaycan  parlament nümayəndə heyəti mayın 18-də Romadakı məşhur "Villa Borghese" parkında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.
Xatırladırıq ki, bu abidə "Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 dekabr tarixli Sərəncamına əsasən ucaldılıb. Həmin Sərəncama əsasən Nizami Gəncəvinin yubileyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə 2012-ci ilin aprelində abidənin açılışı olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31