Ramana sakinində odlu silah aşkar edilib
18 May 2021 15:34 SosialRamana qəsəbə sakinində avtomat silahı aşkar edilib. DİN-dən "Olaylar"a verilən məlumata görə, Xəzər RPİ 2-ci PŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Buzovna qəsəbəsi ərazisində Ramana qəsəbə sakini İ.Nağıyevdən nömrəsi silinmiş "AKM" markalı avtomat silahı, 1 ədəd patron darağı və 26 ədəd patron aşkar edilərək götürülmüşdür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31