Naxçıvanda faciəvi hadisə - ÖLƏN VAR
18 May 2021 14:19 SosialMayın 16-da saat 20 radələrində Naxçıvan şəhəri ərazisində faciəvi hadisə baş verib.
Olaylar.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Babək rayon sakini A.Niftəliyev idarə etdiyi "Great Wall" markalı avtomobillə yolun hərəkət hissəsində velosiped sürən şəhər sakini Xəyal İsmayılovu vurub.
Xəsarətlə xəstəxanaya yerləşdirilmiş X.İsmayılov mayın 17-də orada ölüb.
Naxçıvan ŞPİ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31