"8 Noyabr" stansiyasında Xudayarın ifası səslənəcək? - AÇIQLAMA - VİDEO
18 May 2021 13:12 Sosial"8 Noyabr" stansiyası ilə bağlı yayılan məlumatlar əsassızdır.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq, "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
O bildirib ki, "8 Noyabr" stansiyasında şəhid Xudayar Yusifzadənin ifasında musiqi səslənəcəyi ilə bağlı yayılan məlumatlar əsassızdır:
"Sosial şəbəkələrdə yayılan videoməlumat həqiqəti əks etdirmir. Bu, quraşdırma və montajdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31