SON DƏQİQƏ! Xırdalanda nə baş verir? - Partlayış səsləri eşidilir
18 May 2021 10:53 SosialXırdalanda partlayış səsləri eşidilib.
Olaylar.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə istifadəçilər məlumat paylaşıblar. Paylaşımlarda güclü partlayış səsinin eşidildiyi bildirilir.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən isə Metbuat.az-a bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xirdalan şəhərində vaqon tipli tikilidə yanğın olması barədə məlumat daxil olub. FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi ünvana cəlb olunub.
Əlavə məlumat veriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31