Dəhşətli qəzada 1 nəfər ölüb, 3-ü yaralanıb
18 May 2021 10:48 SosialHacıqabul rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib. "Olaylar" xəbər verir ki, hadisə Hacıqabul şəhəri ilə Bakı-Qazax magistralının kəsişməsində baş verib. "Mercedes" markalı yük avtomobili "Ateko" markalı avtomobillə toqquşub. Nəticədə Tovuz sakini, 1959-cu il təvəllüdlü Hüseynov Zirəddin Yahya oğluhadisə yerində ölüb, Tovuz rayinunun Əyyublu kənd sakini, 1953-cü il təvəllüdlü Hacıyev Vaqif Yahya oğlu və 1995-ci il təvəllüdlüHuseynov Elşən Fazil oğlu yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31