Tüfəngini könüllü olaraq polisə təhvil verdi
18 May 2021 10:44 SosialSaatlı rayon sakini odlu silahı polisə təhvil verib. "Olaylar" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan bildirilib. Məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən vətəndaşlarla müntəzəm şəkildə aparılan profilaktiki tədbirlər nəticəsində rayonun Xanlarkənd kənd sakini Vüqar Əzizov müvafiq sənədləri olmayan "TOZ-63" markalı qoşa lüləli ov silahını könüllü olaraq rayon polis şöbəsinə təhvil verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31