Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ - Ölən və yaralılar var
18 May 2021 10:25 SosialHacıqabulda ağır yol qəzası baş verib.
APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul şəhəri ərazisindən keçən hissəsində baş verib.
"Mercedes ATEKO" markalı yük avtomobili "Mercedes" markalı minik avtomobili ilə toqquşub.
Nəticədə avtomobildə olan sərnişin Tovuz rayonunun Əyyublu kənd sakini, 1959-cu il təvəllüdlü Hüseynov Zirəddin Yahya oğlu hadisə yerində ölüb, Tovuz rayonunun Əyyublu kənd sakini, 1960-cı il təvəllüdlü Hüseynova Sədaqət Yəhya qızı, 1953-cü il təvəllüdlü Hacıyev Vaqif Yahya oğlu və sürücü 1995-ci il təvəllüdlü Huseynov Elşən Fazil oğlu müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.
Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31