Samux sakinini şimşək VURUB ÖLDÜRDÜ
17 May 2021 22:01 SosialSamux rayonunda şimşək çaxması nəticəsində bədbəxt hadisə baş verib.
Olaylar.az-ın verdiyi məlumata görə, hadisə nəticəsində Hacallı kənd sakini 18 yaşlı Həsənov Sənan Zaur oğlu dünyasını dəyişib.
İlkin məlumata görə,18 yaşlı gənci sahədə qoyun otardığı zaman şimşək vurub.
Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hazırda araşdırma aparılır.
(Publika.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31