Qənirə Paşayeva Aşağı Quşçu və Dondar Quşçu kəndindən olan şəhid ailələri ilə görüşüb
17 May 2021 20:53 SosialMM-nın Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Aşağı Quşçu və Dondar Quşçu kəndindən olan şəhid ailələri ilə görüşüb.
Milli Məclisin üzvü, Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Ramazan bayramı günlərində Tovuz rayonunun Aşağı Quşçu və Dondar Quşçu kəndindən olan, 44 günlük Vətən Müharibəsi şəhidlərinin ailə üzvləri ilə görüşüb.
Görüşdə Aşağı Quşçu kənd sakinləri - "Vətən uğrunda", "Cəsur döyüşçü", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilmiş şəhid Rəcəb Nazim oğlu Hüseynov (03.01.1994, Aşağı Quşçu, Tovuz - 09.11.2020, Şuşa),
"Vətən uğrunda", "İgidliyə görə", "Kəlbəcərin azad olunmasına görə" (29.12.2020) medalları ilə təltif edilmiş şəhid Elvin Mehman oğlu Qurbanlı (02.02.1999, Aşağı Quşçu, Tovuz - 01.10.2020, Kəlbəcər),
"Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmiş şəhid Elburus İlyas oğlu Verdiyev (01.05.1993, Aşağı Quşçu, Tovuz - 26.10.2020, Füzuli),
"Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" medalları (29.12.2020) ilə təltif edilmiş şəhid Füzuli Bahadur oğlu Süleymanov (20.02.1992, Aşağı Quşçu, Tovuz - 30.09.2020, Tərtər),
"Vətən uğrunda" medalı ilə təltif edilmiş şəhid Həsrət Vahid oğlu Ələsgərov (08.02.2001, Aşağı Quşçu, Tovuz - 08.10.2020, Tərtər),
"Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Füzulinin azad olunmasına görə" medalları ilə də təltif edilmiş şəhid Atəş Yusif oğlu Aslanovun (01.04.1993, Aşağı Quşçu (Məşədivəlilər), Tovuz - 25.10.2020, Füzuli)
Dondar Quşçu kənd sakinləri -
"Vətən uğrunda", "Cəsur döyüşçü", "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilmiş Ruslan şəhid Şaxsəddin oğlu Quliyev (20.11.1984, Dondar Quşçu, Tovuz - 11.10.2020, Kəlbəcər),
"Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmiş şəhid çavuş Əmrah Ürfət oğlu Əliyev (04.07.1997, Tovuz - 08.11.2020, Xocavənd) və
"Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmiş
Hüseyn Həbib oğlu Quluyevin (26.06.2002, Ağbaşlar, Tovuz - 25.10.2020, Füzuli) ailə üzvləri iştirak edib.