Bu il hansı çimərliklər ödənişsiz olacaq? - AÇIQLAMA

Bakı şəhəri üzrə altı ictimai çimərlik tam hazır vəziyyətə gətirilib.

Olaylar.az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyəti Oxu.Az-ın sorğusuna əsasən bildirib.

Məlumata görə, Sahil, Pirşağı, Şıxov, Buzovna, Görədil və Novxanı qəsəbəsində yerləşən yerləşən çimərliklər artıq dəniz mövsümünə hazırdır.

Əlavə edilib ki, ictimai və digər özəl çimərliklərin nə zaman fəaliyyət göstərib-göstərməyəcəyinə gəldikdə isə bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarından sonra məlum olacaq.

Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov Oxu.Az-a açıqlamasında bildirib ki, çimərliklərin nə zaman fəaliyyətlərini bərpa edəcəyi ilə bağlı hələ ki, müvafiq bir qərar yoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31