Motosiklet oğrusu ələ keçib
17 May 2021 15:37 Sosial"Yamaha" markalı motosikleti oğurlamaqda şübhəli bilinən şəxs saxlanıb. DİN-dən "Olaylar"a bildirilib ki, Binəqədi RPİ 7-ci PB və Abşeron RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 27-nə keçən gecə M.Ə.Rəsulzadə qəsəbə sakini E.Mirzəliyevə məxsus "Yamaha" markalı motosikleti oğurlamaqda şübhəli bilinən Bərdə rayon sakini T.Məmmədzadə və Abşeron rayon sakini S.Mirzəyev saxlanılmışlar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31