Maşından pul aparan soyğunçu saxlanıb
17 May 2021 15:31 SosialSoyğunçuluq etməkdə şübhəli bilinən paytaxt sakini saxlanılıb. DİN-dən "Olaylar"a bildirilib ki, Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini M.Səmədov mayın 16-da bir nəfərin ona məxsus "VAZ-2107" markalı avtomobildən içərisində 100 manat və 5000 rubl (100 manat) olan pulqabısının soyğunçuluq yolu ilə talandığını bildirmişdir. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən paytaxt sakini İ.Hüseynov müəyyən edilərək saxlanılmışdır. Araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31