Bank müdirinin intihar etməsinin TƏFƏRRÜATI
17 May 2021 15:28 SosialBaş Prokurorluğ Binəqədi rayonunda baş verən intihar hadisəsi ilə bağlı açıqlama yayıb.
Olaylar.az xəbər verir ki, mayın 17-də saat 07 radələrində paytaxtın Binəqədi rayon sakini Mahir Sultanovun yaşadığı mənzildə turnikə bərkidilmiş kəndirlə özünü asaraq öldürməsi barədə Binəqədi Rayon Prokurorluğuna məlumat daxil olub.
Prokrorluq əməkdaşları tərəfindən məhkəmə tibbi ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.
Araşdırma üzrə məhkəmə tibb ekpertizası təyin olunub, digər zəruri prosesual hərəkətlər həyata keçirilib.
Hazırda Binəqədi Rayon Prokurorluğunda araşdırma davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31