DGK sədri gömrükdə yeniliklərin tətbiqinə dair seminarda iştirak edib
17 May 2021 14:43 SosialDövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev Ümumdünya Gömrük Təşkilatının ( ÜGT) onlayn seminarında iştirak edib. "Olaylar" xəbər verir ki, bu barədə Səfər Mehdiyev özünün tvitter hesabında məlumat paylaşıb.
"Bu gün ÜGT-nin Avropa Regionunda köklü dəyişmə yaradan texnologiyalar sahəsində təcrübə mübadiləsi üzrə keçirilən onlayn seminar yeni texnologiyaların gömrük orqanlarında tətbiqinin faydalarının öyrənilməsi, qabaqcıl təcrübələrin paylaşılması baxımından səmərəli olacaq",- deyə S.Mehdiyev əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31