“Azərbaycanı dini ayrı-seçkilikdə, qəddarlıqda ittiham edənlər ən yaxşı halda  ziyilli qurbağa qurultusuna bənzəyir”

"Fransa parlamentinin 6 yaramaz təmsilçisi- Qi Tessye, Valeri Buaye, Marqarita Depre-Odebert, Ksavye Breton, Jan Pyer Kubertafon və Fransua Pupponininin Vətən savaşı başlayandan makronsayağı davranaraq onun gedişi haqda ancaq qərəzli yazılar dərc edən  "Fiqaro" qəzetindəki cızma-qaralarına baxıram.  Apreldə Ermənistana və Qarabağa etdikləri səfər haqda olan bu cızma-qarada öncə onlar Azərbaycan torpağına qanunsuz soxulmalarına göz yuman Rusiya hərbiçilərini "xeyirxah" adlandırıb,  bizimkimləri isə "qəddar, radikalcasına yad və düşmən sifətli" epitetləriylə bəzədikdən sonra mətləbə keçərək Fransanı Ermənistanı sözdə dəstəkdən birgə hərbi əməliyyatlar aparmağa çağırırlar". "Olaylar" xəbər verir ki, bunu deyən millət bəkili Sahib Alıyevin sözləribə görə,  bəlli olur ki, bu yaramazlar Şuşada təmir edilən kilsənin "görünüşünün dəyişdirilməsi" və   Bakıdakı  Hərbi Qənimətlər Parkının yaradılmasından bərk qəzəbləniblər. Onlar bu parkı  antisemit təbğilatı məqsədiylə düzəldilmiş sərgilərə bənzədirlər: "Sonuncudan başlasaq, qərbdəkilərin özlərinin sorğu mərkəzlərinin apardığı araşdırmalara görə Şəqri Avropada antisemitizmin ən güclü olduğu yer Ermənistandır. Avropanın Qərbində bu baxımdan ön sırada olanlardan biri də təkcə 2004-cü ildə 974 antisemit hərəkətlərin qeydə alındığı,  2018-ci ildə yudofobiya aktlarının sayının nə az, nə çox, düz 74% artdığı  həmən Fransadır.  Azərbaycan isə dünyada yəhudilərin rahat yaşadıqları, sərbəst gəzib-dolaşa bildikləri barmaqla sayılacaq qədər az dövlətlərdəndir. Qənimətlərin sərgilənməsi məsələsinə gəldikdə Afrikada törətdikləri soyqırımı zamanı qırıb-çatdıqlarınının 18 mininin kəlləsini bədənindən ayrıb gətirib bu gün də muzeylərində saxlayan və son zamanlar yandırılmş məscidlərin sayına görə Avropada birinci yerə çıxan bir dövlətin parlamentarilərinin Azərbaycanı dini ayrı-seçkilikdə, qəddarlıqda ittiham etmələri ən yaxşı halda  qurbağa, özü də ziyilli qurbağa qurultusuna bənzəyir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31