Açıq havada maska taxmaq və toylara qoyulan qadağa ləğv edilir?
17 May 2021 13:29 SosialSon günlər koronavirusa yoluxma sayının azalmasını müsbət hal hesab edirəm. Təbii ki, bu nəticəyə nail olmağımızın əsasında ölkədə tətbiq olunmuş məhdudiyyətlərin effektivliyi və peyvəndlənmənin sürətlə aparılması dayanır.
Bu sözləri açıqlamasında millət vəkili Azər Badamov deyib.
"Amma bu, o demək deyil ki, tətbiq olunmuş bütün məhdudiyyətlərin ləğv edilməsinə şərait yaranıb. Məhdudiyyətlərin ləğv edilməsi üçün ilk növbədə, hər birimiz vətəndaş olaraq koronavirusa qarşı peyvəndlənməliyik. Əgər biz məhdudiyyətlərin tezliklə ləğvini istəyiriksə, peyvəndlənməni də sürətləndirməliyik", - deyə deputat bildirib.
Millət vəkili bildirib ki, əgər bizdə də peyvəndlənmədə müəyyən nəticə əldə edə bilsək, toyların keçirilməsinə, açıq məkanda tibbi maskanın taxılmasına məhdudiyyətlər ləğv oluna bilər:
"Əhalisinin çox hissəsinə peyvənd vurulmuş ölkələr , məsələn İsrail, ABŞ, Yunanıstan və.s tibbi maskanın taxılmasının zəruriliyini ləğv edib. Əgər bizdə də peyvəndlənmədə müəyyən nəticə əldə edə bilsək, toyların keçirilməsinə, açıq məkanda tibbi maskanın taxılmasına məhdudiyyətlər ləğv oluna bilər. Təbii ki, havalar istiləşdikcə tibbi maskada gəzmək heç kimin ürəyincə deyil. Hər şey özümüzdən asıllıdır. Koronavirusa qarşı mübarizənin yeganə yolu peyvəndlənməkdir. Pevənd vurmamış bütün vətəndaşlara da çağırış edirəm ki, tez bir zamanda müəyyən olunmuş yerlərə gedib peyvəndlərini vurdursunlar". azadinfo