Nazirlik əməkdaşlarının vaksinasiyası davam edir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli  Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası"na uyğun olaraq, 2021-ci ilin yanvar ayından etibarən ölkə üzrə koronavirus infeksiyasına qarşı vaksinasiya prosesi mərhələli şəkildə davam etdirilir. "Olaylar" xəbər verir ki, İqtisadiyyat Nazirliyi və onun qurumları da bu prosesdə yaxından iştirak edir. Mayın 16-dan etibarən İqtisadiyyat Nazirliyinin təşəbbüsü və TƏBİB-in təşkilatçılığı ilə Bakı Biznes Mərkəzində Nazirlik əməkdaşlarının növbəti səyyar vaksinasiyası təşkil edilib və həftənin sonunadək davam edəcək.

Qeyd edək ki, Nazirliyin 1000-ə  yaxın əməkdaşı 2-ci doza, 950-dən çox əməkdaşı isə 1-ci doza vaksinin vurulması üçün müraciət edib və onların bu həftə ərzində peyvənd olunması nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31