111 yaşlı kişi uzunömürlülüyün sirrini açıqladı – Sən demə bu qidada imiş...
17 May 2021 12:18 SosialAvstraliyanın ən yaşlı insanı Dexter Kruqer 111 il yaşamasının sirrini açıqlayıb.
Olaylar.az xəbər verir ki, təqaüddə olan fermer D. Kruqeri uzunömürlülüyün sirrinin mütəmadi olaraq toyuq beyni yeməkdə olduğunu bildirib.
D. Kruqerin 74 yaşlı oğlu Qreq isə atasının uzunömürlü olmasında onun şəhərdən kənarda yaşamasının mühüm rol oynadığını söyləyib.
Onun yaşadığı qocalar evinin rəhbəri Melani Kalvert isə Kruqerin 111 yaşlı insan üçün inanılmaz yaddaşa sahib olduğunu bildirərək onun bu günlərdə öz tərcümeyi-halını yazdığını diqqətə çatdırıb.
Qeyd edək ki, Avstraliyanın ən yaşlı insanı Kristina Kuk 2002-ci ildə 114 yaşında vəfat edib. sfera
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31