Yetkinlik yaşına çatmayan gəlindən şok sözlər: “Cinsi əlaqədə olandan sonra xəstəliyim yarandı”

Ağdaş rayonunda 1997-ci il təvəllüdlü şəxs yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olub.
Tərxan 2004-cü il təvəllüdlü Sevdanın razılığı əsasında onunla yaşadığı evində ailə qurmaq məqsədi ilə mütəmadi olaraq cinsi əlaqədə olub.

İstintaq orqanı tərəfindən Tərxanın barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.


Onu barəsində olan cinayət işi baxılması üçün Ağdaş rayon Məhkəməsinə göndərilib. Cinayət işi hakim Cavid Sultanovun icraatında araşdırlıb.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Tərxan elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, əvvəllər məhkum olmayıb, heç bir ruhi-əsəb və digər xəstəliyi olmayıb: "Hazırda ailə qurduğum Sevda mənim qohumumdur. Onlarla ailəvi gediş-gəlişlərimiz olub. Sevda ilə bir-birimizi uzun müddətdir ki, sevmişik. Bu səbəbdən ailə qurmaq qərarına gəldik. Bu barədə ailə üzvlərimə də bildirdim. Ailə üzvlərimin də bu barədə razılığını aldıqdan sonra evlənmək qərarına gəldik". demokrat.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31