Bu marşrutda gediş haqqı azaldıldı - RƏSMİ
17 May 2021 10:16 SosialBakı Nəqliyyat Agentliyi vətəndaşların rahatlığını nəzərə alaraq M8 ekspress marşrut xəttini (Maştağa qəsəbəsi - "Gənclik" metro stansiyası) adi rejimə keçirib.
Olaylar.az xəbər verir ki, bunu Agentliyin İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.
"Daimi sərnişinlərimizə xidmət edəcək xətt üzrə gediş haqqı tarifi 0.40 AZN-dən 0.35 AZN-ə dəyişdirilib", - deyə o, qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31