Şuşa festivalında Ayaz Salayevi kim ağlatdı? - VİDEO
17 May 2021 10:11 SosialŞuşada keçirilən "Xarıbülbül Musiqi Festivalı"nda Musavat.com əməkdaşları da iştirak edib. Tədbirin təşkilatçısı olan Heydər Əliyev Fondu "Yeni Müsavat" Media Qrupunun iki simasını Şuşaya aparmışdı: Rauf Arifoğlu və siyasi şərhçimiz Nurani Qasımovanı.
Media Qrupunun rəhbəri Rauf Arifoğlunun festivaldan və Şuşadan, o cümlədən də iştirakçıların hərəkət etdikləri Füzuli-Qırmızı Bazar-Xankəndi marşrutu boyunca hazırladığı video reportajlar Youtube platformasında böyük maraq və tiraj yaradıb, trend videolar sırasına düşüb.
Həmin video reportajlardan növbətisini təqdim edirik.
TV Musavatdan izləyəcəyiniz eksklüziv və olduqca maraqlı görüntülər jurnalistlərin Şuşaya, Cıdır düzünə ayaq basdıqları ilk dəqiqələri əhatə edir. Görüntülər kadr arxasından şərh olunduğu üçün onlar barədə uzun-uzadı yazmırıq.