Ağcabədidə ağır qəza: Ölən və yaralananlar var
16 May 2021 20:47 SosialAğcabədi rayonunda baş verən yol qəzası nəticəsində ölənlər və xəsarət alanlar var.
Olaylar.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Hüsülü kəndi ərazisində baş verib.
Hərəkətdə olan "VAZ 2106" markalı, 06-BG-270 dövlət nömrə nişanlı avtomobilin idarəetməsi itdiyindən yol kənarındakı beton dirəyə çırpılıb.
Nəticədə avtomobilin sürücüsü və bir sərnişin hadisə yerində ölüb.
Avtomobildə olan üç sərnişin ağır bədən xəsarətləri ilə Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır. Ölən və xəsarət alanların kimliyi araşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31