Goranboy rayonunun Goran qəsəbəsində yanğın baş verib.
Olaylar.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 1440 m² olan fermanın yanar konstruksiyaları və içərisinə yığılan 60 ton ot bağlamasının 40 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31