I sinfə qəbul üzrə elektron portalın fəaliyyəti yenidən aktivləşib
16 May 2021 10:57 SosialBirinci sinfə şagird qəbulu üzrə elektron portalın (www.mektebeqebul.edu.az) fəaliyyəti yenidən aktivləşib.
Təhsil Nazirliyindən verilən xəbərə görə, bayram günləri ilə əlaqədar portalın fəaliyyəti mayın 8-i saat 18.00-dan müvəqqəti dayanmışdı. Portal fəaliyyətini bu gün saat 09:00-dan aktivləşdirib.
Qeyd edək ki, aprelin 27-dən 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilib. Şagirdlərin qəbulu prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31