Avtomobil 1 yaşlı uşağın ayağının üzərindən keçdi
16 May 2021 10:25 SosialBakıda xəsarətlə nəticələnən növbəti yol-nəqliyyat hadisəsi baş verib.
Olaylar.az Report-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Yaşadığı evin həyətində 2020-ci il təvəllüdlü, Vaskov Artemuy Dmitriviç qəfildən avtomobilin qarşısına qaçıb, bu zaman hərəkətdə olan avtomobil körpənin ayağının üzərindən keçib.
Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31