Çində yenidən koronavirus yayılır

Çinin İnkou şəhərində COVID-19-a iki yoluxma aşkar edilib.

Bu barədə Gigiyena və Səhiyyə məsələləri üzrə şəhər komitəsi məlumat yayıb.

Məlumata görə, şəhərdə koronavirusa daha üç simptomsuz yoluxma aşkarlanıb.

Qeyd edilir ki, virusun aşkarandığı şəhərin əhalisi təxminən 2,3 milyon nəfər təşkil edir.

Bütün yoluxanlar bir müəssisənin əməkdaşlarıdır. İnkou sakinlərinə ciddi zərurət olmadan şəhəri tərk etməmək məsləhət görülüb. İnkounun hakimiyyət orqanları şəhərdən çıxışı dayandırıb.

Qeyd edilir ki, hazırda 217 nəfər karantinə alınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31