Bu gün Yerin yaxınlığından asteroid keçəcək
14 May 2021 08:37 SosialBu gün Yerin yaxınlığından asteroid keçəcək
Xeops piramidasının hündürlüyündən böyük "2015 KJ19" adlandırılan asteroid bu gün Yer kürəsinin yaxınlığından keçəcək. APA xəbər verir ki, bu barədə NASA-nın bölmələrindən birinin internet səhifəsində bildirilib.Hesablamalara görə, asteroid mayın 14-də Bakı vaxtı ilə 14.04-də Yerə minimum yaxınlığından - təxminən Aya olan 15 qat məsafədən keçəcək. O qədər də təhlükəli olmadığı deyilən asteroidin diametri 88-200 metr aralığında qiymətləndirilib. Qeyd edək ki, Xeopsın hündürlüyü 147 metrdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31