Şuşada tikiləcək məscid Vətənimizin bir tacı olacaq
13 May 2021 11:38 SosialŞuşada tikiləcək məscid Vətənimizin bir tacı olacaq.
Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə deyib.
A.Paşazadə bildirib ki, Şuşada Cıdır düzündə keçirilən Xarıbülbül festivalı mənim üçün çox xoş oldu: "Bir zamanlar Cıdır düzündə Nikol Paşinyan oynayırdı. Bu gün Prezident İlham Əliyevin iştirakı ilə Cıdır düzündə Xarıbülbül festivalının keçirilməsi mənim üçün çox xoşdur. Şuşada Zəfərimizə həsr olunmuş məscidin tikilməsinə başlanılması da böyük hadisədir. İnşallah, o məscid Vətənimizin bir tacı olacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31