İlk dəfədir ki, Ramazan bayramını qalib ölkə kimi qeyd edirik - Allahşükür Paşazadə
13 May 2021 10:30 SosialBiz çox xoşbəxtik ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, ordumuzun cəsarətilə torpaqlarımız işğaldan azad edilib. İlk dəfədir ki, Ramazan bayramını qalib ölkə kimi qeyd edirik.
Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə deyib.
A.Paşazadənin sözlərinə görə, bu il ilk dəfədir ki, bu bayramı qalib ölkə kimi qeyd edirik: "Ali Baş Komandanımızın adı fateh kimi tarixə düşəcək və gələcək nəsillər bunu öyrənəcək.
Allah buyurur ki, həqqın yolunda ol, həqiqətə çatdıraram. Biz bu aydakı duaların müstəcəm olduğuna inanırıq və Allah bizə belə zəfəri nəsib etdi. 44 gün ərzində Ali Baş Komandanın rəhbərliyi ilə cəsur əsgərlərimiz torpaqlarımızı işğaldan azad etdi".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31