Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Xüsusi nümayəndəliyin yerləşəcəyi inzibati binada oldular
12 May 2021 21:38 SosialMayın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Şuşada Xüsusi nümayəndəliyin yerləşəcəyi inzibati binada oldular.
AZƏRTAC bildirir ki, dövlətimizin başçısına və birinci xanıma görülən bərpa işləri ilə bağlı məlumat verildi.
Qeyd olundu ki, burada səmərəli fəaliyyət üçün hərtərəfli şərait yaradılacaq və inzibati bina ən müasir səviyyədə yenidən qurulacaq.
Dövlətimizin başçısı görüləcək işlərlə bağlı tapşırıq və göstərişlərini verdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31