Adambaşına neçə manat fitrə zəkatı verilməlidir? - MƏBLƏĞ
11 May 2021 13:07 Sosial"Bu il Ramazan bayramı 13 may tarixinə təsadüf edəcəkdir. Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günü - Bayram axşamı şam namazından sonradır".
Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib.
"Qazılar Şurasının Fətvasına görə adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi tövsiyə olunur. Fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir", - A.Paşazadə vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31