Koronavirusun müalicəsində istifadə edilən steroid nadir rast gəlinən infeksiya yaratdı
10 May 2021 10:16 SosialHindistandakı həkimlər ölkədə "mukormikoza" adlanan nadir və aqressiv göbələk infeksiyasının yayıldığını bildirib.
Olaylar.az APA-ya istinadən bildirir ki, "mukormikoza" ən çox nəm otaqlarda, səthlərdə, torpaqda, bitkilərdə, çürüyən tərəvəz və meyvələrdə nadir rast gəlinən göbələk sporudur.
Mütəxəssislər bildirib ki, bu infeksiya tənəffüs vasitəsilə insanlara keçə bilir: "Bu infeksiya beynə, ağ ciyərlərə təsir edir. Şəkərli diabet, xərçəng xəstələri və ya HİV, QİÇS kimi ağır immun çatışmazlığı olan insanlar üçün həyati təhlükə yarada bilər".
İnfeksiyanın meydana gəlməsi isə koronavirusun müalicəsində istifadə edilən steroidlə əlaqələndirilir.
Hindistanlı mütəxəssislər, bu səbəbdən ümumi ölüm nisbətinin 50 faizə çata biləcəyini açıqlayıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31