İctimai nəqliyyat 7 gün işləməyəcək
9 May 2021 09:51 SosialBu gündən mayın 16-sı saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.
Bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib. Buna əsasən, bütün ölkə ərazisində bayram günlərində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.
Xatırladaq ki, Ramazan bayramı günləri də daxil olmaqla mayın 9-dan 15-dək qeyri-iş günləri olacaq. İş mayın 16-dan başlayacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31