Koronavirus peyvəndindən sonra qadının bədəni BU HALA QALDI - FOTO

 

Avstraliyanın 80 yaşlı sakini Morin DeBoyk Britaniya-İsveç şirkətininə məxsus "AstraZeneca" vaksinini vurdurduqdan sonra bədənində dəhşətli göyərmələr və ləkələr əmələ gəlib.

Koronavirus peyvəndindən sonra qadının bədəni BU HALA QALDI - FOTOBiG.AZ xəbər verir ki, bu barədə "Daily Mail" yazır.

 

Qadının qızının sözlərinə görə, ləkələr ilk öncə onun dilində əmələ gəlib, daha sonra bütün bədəninə yayılıb.

Bədəninə əl vurduğu yerin göyərdiyini görən qadın xəstəxanaya yerləşdirilib. Trombositləri kəskin düşən DeBoyka iki dəfə qan köçürülüb.

Koronavirus peyvəndindən sonra qadının bədəni BU HALA QALDI - FOTOHəkimlər onun dalağının çıxarılmalı olacağını ehtimal edirlər.

Bütün bunlara səbəb "AstraZeneca" vaksininin olduğu güman edilir. Bu səbəbdən qadına ikinci doza vurulmayacaq.

Məsələ Qərbi Avstraliyanın Səhiyyə Departamenti tərəfindən araşdırılır.

Qeyd edək ki, daha öncə Almaniyada koronavirusa qarşı "AstraZeneca" vaksinini vurduran 32 yaşlı qadın ölüb. O, vaksin vuruldqdan bir neçə gün sonra, martın 9-da dünyasını dəyişib. Ölümünə səbəb vaksinin yan təsiri olub: qanında qan laxtalanması pozulub və beyninə qan sızıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31