“Volkswagen Bakı Mərkəzi” icra başçısının əlindən alındı - TƏFƏRRÜAT
8 May 2021 13:52 Sosial"Euro Style LTD" MMC-nin nəzdində olan "Volkswagen Bakı Mərkəzi" fəaliyyətini dayandırıb.
Olaylar.az-ın Unikal.org-a istinadən verdiyi məlumata görə, buna səbəb Almaniyanın "Volkswagen" şirkətinin istehsal etdiyi avtomobilləri İran İslam Respublikasına satması olub.
Qeyd edək ki, Volkswagen Bakı Mərkəzi Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevə məxsusdur. Adıçəkilən şirkəti icra başçısının oğlu Ənvər Vəliyev idarə edirdi.
Xatırladaq ki, bir müddət öncə Volkswagen Bakı Mərkəzi təmsil etdiyi şirkəti beynəlxalq məhkəməyə vermişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31