Füzuli-Əhmədbəyli yolunun 8 kilometri minalardan təmizlənib - ANAMA
8 May 2021 11:55 SosialMinatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilən Füzuli rayonunun Əhmədbəyli və Alıxanlı kəndlərinin ərazilərinin minalardan təmizlənməsi işlərini davam etdirir.
Olaylar.az Trend-ə istinadən bildirir ki, ərazidə jurnalistlərə açıqlama verən ANAMA əməkdaşı Mədət Məmmədov bildirib ki, təmizləmə işləri əsasən Füzuli-Əhmədbəyli yolunda həyata keçirilir:
"Hazırda yolun 13 kilometrlik hissəsi ən təhlükəli ərazidir. Artıq həmin hissənin 8 kilometrini təmizləmişik, 5 kilometrdə də təmizləmə işləri davam etdirilir. Hazırda ərazidə itlərlə, mexaniki vasitələr və əllə təmizləmə əməliyyatları həyata keçirilir.
Yolda minaların sayı çoxdur. Ən çox mina təmas xəttindədir. Təmas xəttinin 1.5 kilometrlik hissəsində təxminən 8-9 mina sahəsi yerləşir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31